Yüklənir...



2002-ci ildə əsası qoyulmuş, ixrac yönümlü, Qafqazda ilk müassir tipli gips zavodu olan AĞDAĞ 2007-ci ilin əvvəllərində məhsul istehsalı ilə fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin yanvarın 30-da Bakının Qaradağ rayonunda "Mətanət-A" şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında iştirak etmişdir. Zavod qabaqcıl alman texnologiyasına əsaslanır, istehsal prosesi rəqəmli texnologiya ilə avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə total nəzarət həyata keçirilir. Zavodun nəzdində Ağdağ texnoloji mərkəzi yaradılıb ki, onun da əsas vəzifəsi Ağdağ məhsulunun unikal keyfiyyət parametrlərini müəyyənləşdirmək və keyfiyyətə tam nəzarəti həyata keçirməkdədir.

Sağlamlığın qarantı hesab olunan gips əsaslı məhsulların “AĞDAĞ” adı altında seriyalı istehsalı ölkədə bir ilk idi. Çünki qara suvaq vurmadan hörülmüş divara birbaşa vurulan gips əsaslı “AĞDAĞ” suvağı kimi sağlamlığa faydalı yeni təmir metodu Azərbaycanda ilk dəfə olaraq tətbiq edilirdi. “AĞDAĞ” astar və üzlük şpaklyovkaları ilə yanaşı, yeni bir məhsul da ictimaiyyətə təqdim olundu. Belə ki, “AĞDAĞ” dirək məhsulu astar və üzlük anlayışına son qoydu. Bu yeniliklə artıq ustalar daha az yorulur, təmir daha ucuz başa gəlirdi. Şirkətin əldə etdiyi bu uğurlar və yeniliklər diqqətdən kənarda qalmadı. 2007-ci ildə tikintisi başa çatan və istehsala başlayan“AĞDAĞ” gips zavodunun layihəsi nüfuzlu “İNTELLEKT-2007” ilin layihəsi mükafatına 2009-cu ildə isə ilin yekunlarına görə "Mətanət A" şirkətinin istehsal etdiyi məhsullardan biri olan "AĞDAĞ" "İlin Brendi" nominasiyası üzrə Uğur milli mükafatına layiq görülmüşdür. Zavodun istehsal etdiyi məhsullar Azərbaycanda bir ilk olmaqla yanaşı, sağlam və ekoloji təmiz olmağı ilə fərqlənir.

Vizyonumuz və Missiyamız Servis və Zəmanət şərti